Finalda "Atletiko"nun rəqibi onlar oldu
"Kopa Del Rey"də yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.
90plus.az xəbər verir ki, turnirin finalında oynayacaq komandalar müəyyənləşib.
"Real Sosyedad" yarımfinalda "Atletik"i (Bilbao) məğlub edərək finala vəsiqə qazanıb.
Bundan əvvəl isə "Atletiko" "Barselona" səddini keçərək həlledici mərhələyə yüksəlmişdi.
Final görüşü aprelin 18-də keçiriləcək və "Real Sosyedad" "Atletiko" ilə üz-üzə gələcək.
Real Sosyedad 1 – 0 Atletik Bilbao
Mikel Oyarzabal 87' (p)
© Copyright 2026, All Rights Reserved