Minifutbol, DÇ: Finaldakı rəqibimiz bəlli oldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir finalçının adı məlum olub.
90plus.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya milliləri qarşılaşıb.
Oyunun əsas vaxtında tərəflər hesab açmağa nail olmayıblar.
Qalibi müəyyən etmək üçün penalti seriyasına baş vurulub. Bu mərhələdə daha dəqiq oynayan Macarıstan komandası (3:1) finala yüksələrək Azərbaycan yığması ilə qarşılaşmaq hüququ qazanıb.
Minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan və Macarıstan yığmaları qarşılaşacaq.
🏆 Minifutbol üzrə Dünya Çempionatı – Final:
- Tarix: 1 iyun 2025, bazar günü
- Saat: 21:00
- Məkan: Milli Gimnastika Arenası, Bakı
- Canlı yayım:İdman TV
Bu, Azərbaycanın minifutbol üzrə dünya çempionatında ilk finalıdır və yığmamız tarix yazmağa bir addım yaxınlaşır.
Yarımfinalda Azərbaycan komandasına uduzan Monteneqro isə bürünc medal uğrunda Serbiya ilə üz-üzə gələcək.
Final və üçüncü yer uğrunda görüşlər 1 iyun tarixində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved