FKSB-nin prezidenti: "Sözlərimi geri götürürəm"

Bir həftə öncə "Qarabağ"ı asanlıqla məğlub edəcəklərini iddia edən FKSB prezidenti Cici Bekali indi fikrindən dönüb
90plus.az onun fikirlərini diqqətinizə çatdırır:
"Hamınızı təbrik edirəm, dualarınız mənimkindən daha təsirli oldu. Qarşıdakı 3-5 ay ərzində futbolla bağlı fikir bildirməməyi qərara aldım.
"Olanlar tam bir rüsvayçılıqdır. Klubun əvvəlki nailiyyətləri mənə danışmaq imkanı verirdi, amma indiki vəziyyətdə nə deyə bilərəm ki? Əgər komanda məni bu cür biabır edirsə, danışmağa haqqım qalırmı? Artıq sizinlə birgə mən də bu vəziyyətə gülürəm. Əgər Avropa Liqasının əsas mərhələsinə çıxa bilsək, yenidən danışacam".
O, bu dəfə növbəti turdakı rəqibinə söz atıb:
"Bundan sonra "Drita" ilə qarşılaşacağıq? Onu da uda bilməsək, futboldan gedərəm. "Drita" kimdir ki?"
© Copyright 2025, All Rights Reserved