FKSB-nin sahibi: "Qarabağ" bizim səviyyəmizdə deyil"

FKSB klubunun sahibi, “qanuni oğru” ritorikası ilə danışan Cici Bekali "Qarabağ" haqqında danışıb.
90plus.az onun fikirlərini Sizə çatdırır:
“Çox yaxşı püşkdür. Biz artıq “Qarabağ”ı məğlub etmişik. Həm də rəqib bizlə qarşılaşmaya qədər cəmi iki rəsmi oyun keçirəcək. Çünki onların çempionatı hələ avqustda start götürəcək. Yaxşı şans qazanmışıq. “Qarabağ”ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək”.
© Copyright 2025, All Rights Reserved