Flik Levandovskinin gələcəyi barədə: “Bu mənim işim deyil”
Flik Levandovskinin gələcəyi ilə bağlı danışmaqdan imtina edib.
90plus.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Robert Levandovskinin müqavilə vəziyyəti ilə bağlı suallara münasibət bildirib və mövsümün gedişində bu mövzunu müzakirə etməyin doğru olmadığını deyib.
Alman mütəxəssis vurğulayıb ki, komandanın əsas diqqəti hazırkı mövsümün hədəflərinə yönəlməlidir:
“Düşünürəm ki, bu sualı hər mətbuat konfransında cavablandırmışam. Demişəm ki, indi bu barədə danışmaq üçün doğru vaxt deyil”.
Flik qeyd edib ki, bütün futbolçular klubun qarşısındakı hədəflərə tam fokuslanmalıdır:
“Bizim bu mövsüm böyük hədəflərimiz var və düşünürəm ki, hər bir futbolçu bütün gücünü bu mövsümə sərf etməlidir — həm klub, həm komanda, həm də azarkeşlər üçün”.
O, həmçinin müqavilə məsələlərinin baş məşqçinin deyil, klubun idman strukturunun səlahiyyətində olduğunu bildirib:
“Kimlərin gələn mövsüm bizim üçün vacib olacağı, kimlərin qalacağı və ya gedəcəyi barədə danışmaq mənim işim deyil. Bu Deco-nun işidir”.
© Copyright 2026, All Rights Reserved