Flik Reşforda xəbərdarlıq edib

Flikdən Reşforda mesaj: “Daha da inkişaf etməlidir”.
90plus.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hansi Flik Markus Reşfordla bağlı açıqlama verib. Alman mütəxəssis ingilis hücumçusunun komandada uğurlu olması üçün üzərinə düşənləri etməli olduğunu bildirib.
El Nacional-a danışan Hansi Flik:
“Əgər “Barselona”da oynamaq istəyirsə, həm fiziki, həm də psixoloji cəhətdən inkişaf etməlidir. Bu çox vacibdir”.
Flik eyni zamanda vurğulayıb ki, klub hələ də 27 yaşlı futbolçuya inanır və onun potensialını reallaşdıracağına ümid edir.
Xatırlatma: Reşford bu yay uzun müzakirələrdən sonra Kataloniya nəhənginə transfer olunub. Onun yeni mühitə uyğunlaşması üçün müəyyən vaxt lazım olduğu düşünülür.
© Copyright 2025, All Rights Reserved