"Fənərbağça" bu mövsüm ilk dəfə məğlub oldu
Türkiyə Super Liqasında növbəti turun oyunu keçirilib.
90plus.az xəbər verir ki, tur çərçivəsində “Fatih Karagümrük” doğma meydanda “Fənərbağça”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 15-ci dəqiqədə Bartuğ Elmazın qolu ilə açılıb. İlk hissənin əlavə vaxtında isə Serjinyo fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb və görüşün yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, “Fatih Karagümrük” bu qələbə ilə vacib 3 xal qazanıb. “Fənərbağça” isə səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib.
Fatih Karagümrük 2 – 0 Fənərbağça
Bartuğ Elmaz 15'
Serjinyo 45+1'
© Copyright 2026, All Rights Reserved