“Fənərbağça” “Gənclərbirliyi”ni məğlub etdi
Türkiyə Super Liqasının 21-ci turunda “Fənərbağça” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib. İstanbul təmsilçisi qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.
90plus.az xəbər verir ki, Kadıköydə keçirilən görüşün ulduzu Kerem Aktürkoğlu olub. Türkiyəli futbolçu vurduğu iki qolla komandasının qələbəsində əsas pay sahibi kimi diqqət çəkib.
Məğlubiyyətsiz seriyasını davam etdirən “Fənərbağça” bu nəticədən sonra xallarının sayını 49-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Sarı-göylər lider “Qalatasaray”dan 3 xal geri qalır.
“Gənclərbirliyi” isə səfərdə uğursuz nəticə alaraq 22 xalda qalıb.
© Copyright 2026, All Rights Reserved