"Fənərbağça"da 8 ildən sonra ilk ispan - Marko Assensio

“Fənərbağça”ya 8 il sonra ilk İspan oyunçu gəldi – Asensio komandada
90plus.az xəbər verir ki, “Fənərbağça” bu mövsüm transfer qapısını bağladığı anda 29 yaşlı İspan ulduz Marko Asensio ilə 3+1 illik müqavilə imzalayıb. Bu transfer sayəsində Asensio klub tarixində 8 ildən çox müddətdən sonra “Fənərbağça”ya gələn ilk İspan futbolçu olaraq tarixə düşüb. Bundan əvvəl Roberto Soldado komandada çıxış etmişdi.
Asensio əvvəllər “Real Madrid”in əsas heyətində çıxış edib, ardınca PSJ-ə transfer olunub və son olaraq “Aston Villa”da icarə əsasında müvəqqəti forma geyinib. “Fənərbağça”ya isə bonservisi ilə gətirilib.
Bu keçid klubun son dönəm transfer strategiyasında ən önəmli addımlardan biridir və müdafiə ilə hücum arasında yaradacağı balansla komandanı gücləndirməsi gözlənilir.
Marko Asensio: "Azarkeşlərimizin önündə oynamaq üçün səbirsizlənirəm. Mənə göstərdikləri diqqət üçün çox təşəkkür edirəm. Çoxlu mesaj aldım və ümid edirəm ki, birlikdə böyük uğurlar qazanaraq onların sevgisinin qarşılığını verəcəyik”.
© Copyright 2025, All Rights Reserved