"Fənərbağça"da ciddi itki - 1 ay oynamayacaq
Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itki baş verib.
90plus.az xəbər verir ki, Super Liqa təmsilçisinin müdafiəçisi Levent Mercan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ölkə çempionatının 27-ci turunda "Qaziantep"ə qarşı keçirilən oyunda xəsarət alıb. Onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. 25 yaşlı sol cinah müdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd: "Fənərbağça" Levent Mercanı 2024-cü ilin yayında "Fatih Karagümrük"dən 2 milyon avroya transfer edib. O, cari mövsümdə İstanbul klubunun heyətində keçirdiyi 23 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved