"Fənərbağça"dan ayrılan Edin Ceko "Fiorentina"ya keçdi

"Fənərbağça" ilə yollarını ayıran Edin Cekonun karyerasını davam etdirəcəyi klub bəlli olub.
90plus.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin hücumçusu İtaliyada çıxış edəcək.
Təcrübəli forvard A Seriyası təmsilçisi "Fiorentina" ilə anlaşmaya gəlib. Klubun rəsmi saytında yayılan məlumata əsasən, 39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırlatma: Edin Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 rəsmi matçda iştirak edib, bu oyunlarda 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved