"Fənərbağça"dan ayrılan futbolçu "Zenit"də - FOTO
“Fənərbağça”dan ayrılan Con Duran mövsümün sonuna qədər “Zenit”ə icarəyə verilib. Rusiya klubu futbolçunun transferini rəsmi şəkildə açıqlayıb.
90plus.az xəbər verir ki, mövsümün əvvəlində “Əl-Nəsr”dən bir illik icarə əsasında “Fənərbağça”ya keçən Con Duran İstanbul təmsilçisi ilə yollarını ayırdıqdan sonra “Zenit”lə müqavilə imzalayıb.
Rəsmi məlumata əsasən, Rusiya nəhəngi Con Duranı “Əl-Nəsr”dən mövsümün sonunadək icarəyə götürüb. Transferin tam başa çatdığı və futbolçunun artıq “Zenit” formasını geyindiyi bildirilib.
© Copyright 2026, All Rights Reserved