“Fənərbağça”lı futbolçu millidən çıxarıldı

Türkiyə millisinin və “Fənərbağça” klubunun aparıcı oyunçularından biri olan İrfan Can Kahvecidən üzücü xəbər gəlib.
90plus.az xəbər verir ki, dünən axşam keçirilən “Bolqarıstan – Türkiyə” yoldaşlıq görüşündə sol ayaq biləyindən zədələnən futbolçu, 2026 Dünya Çempionatının seçmə mərhələsi üçün açıqlanan heyətdən çıxarılıb.
Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı rəsmi məlumat yayıb:
“2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində 14 oktyabr tarixində keçiriləcək “Gürcüstan – Türkiyə” oyunu öncəsi A milli komandamızın heyətində məcburi dəyişiklik edilib.
İrfan Can Kahveci Bolqarıstan – Türkiyə qarşılaşmasında sol ayaq biləyindən aldığı zədə səbəbindən heyətdən çıxarılıb. Müayinələrdən sonra futbolçumuzun müalicəsinin klubunda davam etdirilməsi uyğun hesab olunub,” – deyə açıqlamada bildirilib.
© Copyright 2025, All Rights Reserved