"Fənərbağça"nın futbolçusu 4 həftəlik sıradan çıxdı
"Fənərbağça" klubunun heyətində ciddi itki baş verib.
90plus.az xəbər verir ki, Super Liqa nəhəngi müdafiəçisi Nelson Semedo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Semedo ölkə çempionatının 24-cü turunda Antalyasporla səfər matçında (2:2) dizindən zədə alıb. Portuqaliyalı sağ cinah müdafiəçisi təxminən 4 həftə meydanlardan uzaq qalacaq.
“Fənərbağça” Nelson Semedonu mövsümün əvvəlində "Vulverhempton" klubundan transfer edib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 32 rəsmi oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved