"Fənərbağça"nın futbolçusu İstanbul klubuna keçdi
“Fənərbağça”dan ayrılan və icarə əsasında “Kasımpaşa”ya transfer olunan İrfan Can Kahvecinin keçidi rəsmiləşdirilib. İstanbul təmsilçisi təcrübəli futbolçunun transferini rəsmi açıqlama ilə ictimaiyyətə təqdim edib.
90plus.az xəbər verir ki, oktyabr ayında “Fənərbağça”da heyətdən kənarlaşdırılan İrfan Can mövsümün qalan hissəsini “Kasımpaşa”da keçirəcək. Klub transferi xüsusi tanıtım videosu ilə elan edib.
Diqqətçəkən məqamlardan biri isə tanıtım videosunda Emre Belözoğlu detalının yer alması olub. Video qısa zamanda azarkeşlər arasında maraq doğurub.
30 yaşlı yarımmüdafiəçi dünən axşam saatlarında “Kasımpaşa”nın liqaya verilən fasilə dövründə keçirdiyi Antalya təlim-məşq toplanışına qoşulub. İrfan Canın yeni komandasında çıxışı maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved