"Fənərbağça"nın prezidenti qəzaya düşdü - FOTO
Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsinə düşüb.
90plus.az xəbər verir ki, qəza funksionerin avtomobili ilə evindən stadiona doğru hərəkət etdiyi zaman baş verib.
Məlumata görə, klub rəhbərinin vəziyyəti yaxşıdır. Onun sürücüsü isə yüngül xəsarət alıb. Hadisə nəticəsində avtomobilə müəyyən ziyan dəyib.
Bildirilib ki, qəzadan sonra Sadettin Saran ayaq, qol və boyun nahiyəsində ağrılar hiss etsə də, klubun binasına yollanıb və orada rəhbərliklə keçirilən iclasda iştirak edib.
© Copyright 2026, All Rights Reserved