“Fənərbağça”ya şok xəbər: 3 həftə olmayacaq
Türkiyə Super Liqasının 23-cü turunda öz meydanında “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçə edərək vacib iki xal itirən "Fənərbağça" zədə problemi ilə üz-üzədir.
90plus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada “Fənərbağça”nın əsas heyət üzvləri ard-arda zədələnib. Türkiyəli müdafiəçi Çağlar Söyüncü zədə səbəbindən oyunu davam etdirə bilməyib. Ceydon Oostervolde də zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Xatırladaq ki, ötən həftə Milan Şkrinyar da zədə problemi ilə üzləşmişdi.
Matçdan sonra komandanın baş məşqçisi Domeniko Tedesko azarkeşləri məyus edən daha bir açıqlama verib. O bildirib ki, qapıçı Ederson aldığı zədə səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Gənc mütəxəssis qarşıdakı “Nottingem Forest” ilə oyunda qapını Tarık Çetinin qoruyacağını da vurğulayıb.
Beləliklə, ardıcıl zədələr “Fənərbağça”nın heyət planlamasına ciddi təsir göstərib və komanda qarşıdakı həftələrdə ciddi sınaq qarşısında qalacaq.
© Copyright 2026, All Rights Reserved