"Fənər"in yola saldığı oyunçu Qətərdə özünə təzə klub tapdı

"Fənərbağça"dan ayrılan Duşan Tadiçin yeni ünvanı məlum olub.
90plus.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Tadiç "Əl-Vahda" klubu ilə razılığa gəlib. Bu barədə məlumatı klubun mətbuat xidməti açıqlayıb. 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırlatma: Duşan Tadiç 2023-cü ilin yayından "Fənərbaxça"nın heyətində çıxış edirdi. Serbiya millisinin üzvü geridə qalan mövsümdə İstanbul klubunda 53 oyuna çıxaraq 13 qol vurub və 16 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved