Foden balaca azarkeşindən pul istədi

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəng klublarından olan "Mançester Siti"nin hücumçusu Fil Foden sosial mediada maraqlı anlarla gündəmə gəlib.
Gənc futbolçudan bir neçə dəfə imza istəyən azyaşlı azarkeşə zarafatla cavab verən Foden, "Bunları satacaqsanmı? Əgər satacaqsansa, qazandığın pullardan payımı istəyirəm" – deyə gülümsəyərək bildirib.
Fil Fode-in bu səmimi və zarafatcıl yanaşması sosial şəbəkələrdə geniş marağa səbəb olub. Futbolçunun uşaqla olan bu dialoqu qısa müddətdə minlərlə insan tərəfindən izlənilib və bəyənilib.
© Copyright 2025, All Rights Reserved