Formula 1-də mövsümün ikinci yarışı Çində keçiriləcək
“Formula 1 Dünya Çempionatı”nda 2026 mövsümünün ikinci yarışı Çində təşkil olunacaq. Yarış Şanxay şəhərində yerləşən Şanxay Beynəlxalq Avtodromunda baş tutacaq.
90plus.az xəbər verir ki, uzunluğu 5,4 kilometr olan trasda keçiriləcək Çin Qran-prisi 56 dövrədən ibarət olacaq. Yarış həftəsonunun proqramına əsasən, sprint təsnifat mərhələsi bu gün keçiriləcək. Sabah sprint yarışı Bakı vaxtı ilə saat 06:00-da, əsas sıralama turları isə saat 10:00-da start götürəcək. Əsas yarış isə 15 mart bazar günü saat 10:00-da keçiriləcək.
2026 mövsümünün ilk yarışı Avstraliyada baş tutub. Həmin yarışın qalibi “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassell olub.
Çin Qran-prisi öncəsi pilotların ilk beşliyi belədir:
Corc Rassell (Böyük Britaniya) – 25 xal
Kimi Antonelli (İtaliya) – 18 xal
Şarl Lekler (Monako) – 15 xal
Lyuis Hemilton (Böyük Britaniya) – 12 xal
Lando Norris (Böyük Britaniya) – 10 xal
Komandaların ilk beşliyi isə belədir:
“Mersedes” – 43 xal
“Ferrari” – 27 xal
“Maklaren” – 10 xal
“Red Bull” – 8 xal
“Haas” – 6 xal
© Copyright 2026, All Rights Reserved