Formula 1-də pilotların maaşları açıqlandı: İNANILMAZ RƏQƏMLƏR
“Formula 1”də yeni mövsümün startına sayılı günlər qalıb. Martın 8-də Avstraliyada başlayacaq yeni mövsümdə 11 komanda və 22 pilot çempionluq uğrunda mübarizə aparacaq.
90lus.az xəbər verir ki, 24 mərhələdən ibarət olan mövsüm ilin sonunda Abu-Dabidə başa çatacaq.
Motor idmanlarının ən nüfuzlu yarış seriyasında pilotların qazandıqları yüksək məbləğli maaşlar da yenidən gündəmə gəlib. Siyahının zirvəsində “Red Bull”un niderlandlı pilotu Maks Verstappen və “Ferrari”nin britaniyalı sürücüsü Lyuis Hamilton qərarlaşıb.
Məlumata görə, Maks Verstappen illik 70 milyon dollar gəlirlə siyahıya liderlik edir. Onu 60 milyon dollar maaş alan Lyuis Hamilton izləyir.
Formula 1 pilotlarının illik maaşları:
Maks Verstappen – “Red Bull” – 70 milyon dollar
Lyuis Hamilton – “Ferrari” – 60 milyon dollar
Şarl Lekler – “Ferrari” – 34 milyon dollar
Corc Rassel – “Mercedes” – 34 milyon dollar
Lando Norris – “McLaren” – 30 milyon dollar
Fernando Alonso – “Aston Martin” – 20 milyon dollar
Karlos Sayns – “Williams” – 13 milyon dollar
Oskar Piastri – “McLaren” – 12 milyon dollar
Pyer Qasli – “Alpine” – 12 milyon dollar
Aleks Albon – “Williams” – 12 milyon dollar
Lans Stroll – “Aston Martin” – 12 milyon dollar
Serxio Peres – “Cadillac” – 8 milyon dollar
Niko Hülkenberq – “Audi” – 7 milyon dollar
Esteban Okon – “Haas” – 7 milyon dollar
İsak Həcər – “Red Bull” – 5 milyon dollar
Valtteri Bottas – “Cadillac” – 5 milyon dollar
Qabriel Bortoleto – “Audi” – 2 milyon dollar
Kimi Antonelli – “Mercedes” – 2 milyon dollar
Oliver Berman – “Haas” – 1 milyon dollar
Liam Louson – “Racing Bulls” – 1 milyon dollar
Franko Kolapinto – “Alpine” – 500 min dollar
Arvin Lindblad – “Racing Bulls” – 500 min dollar
Yeni mövsümdə komandalar və pilotlar çempionluq uğrunda gərgin mübarizə aparacaq. Avstraliyada start götürəcək mövsümün böyük maraq doğuracağı gözlənilir.