Formula 1: Mövsümün ilk qalibi Rasselin oldu
“Mersedes”in pilotu Corc Rassel Avstraliya Qran-prisinin qalibi oldu.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatında mövsümün ilk mərhələsi olan Avstraliya Qran-prisinin qalibi “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassel olub.
Yarış Melborn şəhərində yerləşən Albert Park Circuit trasında keçirilib. Uzunluğu 5,2 kilometr olan trasda yarış 58 dövrədən ibarət olub.
Poul mövqeyindən start götürən Rassel 1 saat 23 dəqiqə 06.801 saniyə nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və mövsümün ilk yarışında birinci yeri tutub.
Onun komanda yoldaşı, italiyalı pilot Kimi Antonelli liderdən 2.974 saniyə geri qalaraq ikinci olub. “Ferrari” komandasının monakolu sürücüsü Şarl Lekler isə qalibdən 15.519 saniyə geri qalaraq yarışı üçüncü pillədə başa vurub.
Yarış zamanı “MakLaren” pilotu Oskar Piastri dördüncü döngədə avtomobilə nəzarəti itirərək baryerlərə çırpılıb və mübarizəni vaxtından əvvəl dayandırıb.
Formula 1-də mövsümün ikinci mərhələsi olan Çin Qran-prisi martın 15-də keçiriləcək.
Corc Rassel – 25 xal
Kimi Antonelli – 18 xal
Şarl Lekler – 15 xal
Luis Hamilton – 12 xal
Lando Norris – 10 xal
“Mersedes” – 43 xal
“Ferrari” – 27 xal
“MakLaren” – 10 xal
“Red Bull Rasing” – 8 xal
“Haas F1 Team” – 6 xal
© Copyright 2026, All Rights Reserved