Formula 1 pilotu Lyus Hamiltondan Qəzzaya dəstək

Formula 1 üzrə yeddiqat dünya çempionu Lyus Hamilton Qəzzada davam edən hadisələrlə bağlı sosial şəbəkədə paylaşım edərək beynəlxalq ictimaiyyətə çağırış edib.
90plus.az xəbər verir ki, tanınmış pilot bölgədəki vəziyyətin hər keçən gün daha da ağırlaşdığını vurğulayıb:
“Qəzzada insanlıq dramı dərinləşir. Son iki ildə əhalinin on faizindən çoxu həlak olub və ya yaralanıb, onların arasında minlərlə uşaq da var. Şəhərə edilən son hücum yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub. Xəstəxanalar artıq dolub, qida çatışmazlığı yaşayan insanlar həyatda qalmaq uğrunda mübarizə aparır. Biz izləyici qala bilmərik və buna izin verə bilmərik”.
Hamiltonun bu açıqlaması idman dünyasında da böyük rezonans doğurub və onun sözləri humanitar böhran qarşısında sükutun qəbul edilməz olduğunu bir daha gündəmə gətirib.
© Copyright 2025, All Rights Reserved