Françesko Totti: “Xəyanət mesajları tapdım və susdum”

Əfsanəvi italyan vinger Françesko Totti uzun müddətdir əziyyəf çəkdiyi depressiya ilə mübarizəsi barədə danışıb.
90plus.az xəbər verir ki, Totti keçirtdiyi psixoloji sarsıntı ilə bağlı bunları deyib:
"Pandemiya dönəmində atam vəfat etdi və həyat yoldaşım yanımda deyildi.
Dəqiqləşdirmək üçün telefonunu yoxladım, belə şeyi heç vaxt etməmişəm və xəyanət mesajları tapdım. Daha yata bilmirdim. Elə rəftar etdim ki, guya hər şey qaydasında idi. Amma artıq özümü tanımırdım".
© Copyright 2025, All Rights Reserved