Fransa - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bilinib

Azərbaycan millisinin Fransaya qarşı oyunu öncəsi məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.
90plus.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransa ilə keçirəcəyi oyun öncəsi mətbuat və azarkeşlər üçün açıq məşqin detalları bəlli olub.
Ayxan Abbasovun komandası oktyabrın 9-da, Bakı vaxtı ilə saat 22:00-da açıq məşqə çıxacaq. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlərin iştirakı üçün açıq olacaq.
Baş məşqçi Ayxan Abbasov məşqdən əvvəl, saat 21:30-da mətbuat konfransı keçirəcək.
Eyni gün Fransa millisinin baş məşqçisi Didye Deşam da jurnalistlərin qarşısına çıxacaq — onun mətbuat konfransı saat 14:15-də, komandasının açıq məşqi isə saat 20:00-da başlayacaq.
Xatırlatma: Fransa – Azərbaycan oyunu oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved