Fransa millisi tarixi stadiona dönür
Fransa millisi “Stade de France” stadionuna qayıdır.
90plus.az xəbər verir ki, Fransa millisi oktyabrın 2-də Millətlər Liqası çərçivəsində İtaliya yığmasına qarşı oyunu yenidən “Stade de France” stadionunda keçirəcək.
Bununla yanaşı, Fransa Futbol Federasiyası stadionun idarə olunması ilə bağlı GL Events şirkəti ilə böyük müqavilə imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, şirkət növbəti 30 il ərzində stadionun istismarı ilə məşğul olacaq.
Fransa Futbol Federasiyası və GL Events arasında müqavilə rəsmi olaraq oktyabrın 3-də imzalanacaq. Bu müqavilə dövlət tərəfindən 2025-ci ilin iyun ayında verilmiş yeni konsessiya çərçivəsində həyata keçirilir.
Məlumata görə, “Stade de France” stadionunda yaxın illərdə genişmiqyaslı yenidənqurma və modernizasiya işləri aparılacaq. Bu işlərin ən gec 31 dekabr 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved