Fransa millisində gözlənilən oldu - Zidan gəlir...
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi ola bilər.
90plus.az xəbər verir ki, Fransa Futbol Federasiyası əfsanəvi futbolçu Zinəddin Zidanı milli komandanın yeni baş məşqçisi təyin etmək üçün rəsmi addımlar atmağa başlayıb. Bu barədə nüfuzlu L’Equipe nəşri məlumat yayıb.
Məlumata görə, Zidanın Fransa millisinin növbəti baş məşqçisi olacağı demək olar ki, artıq dəqiqləşib. Fransız futbol əfsanəsinin hətta gələcək məşqçi heyətini formalaşdırmağa başladığı bildirilir.
Fransa millisi hazırda 2026-cı il Dünya Çempionatına hazırlaşır. Bu turnir indiki baş məşqçi Didye Deşam üçün milli komandadakı son böyük yarış olacaq.
Zinəddin Zidan sonuncu dəfə 2021-ci ildə “Real Madrid” klubunda baş məşqçi vəzifəsində çalışıb. O, Madrid təmsilçisi ilə birlikdə 3 dəfə UEFA Çempionlar Liqasını qazanmaqla yanaşı, bir sıra digər nüfuzlu titullara da sahib olub.
Zidanın Fransa millisinin sükanı arxasına keçməsi futbol ictimaiyyətində böyük maraq doğurur və bu təyinatın rəsmi şəkildə elan olunması yaxın dövrlərdə gözlənilir.
© Copyright 2026, All Rights Reserved