Fransa millisinin baş məşqçisi: ‘Azərbaycan aqressiv oynadı’
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində son oyuna çıxıb və Fransa ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimiz D qrupunu 1 xalla sonuncu sırada tamamlayıb.
90plus.az xəbər verir ki, oyundan sonra Fransa yığmasının baş məşqçisi Didye Deşam mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Deşam bildirib ki, matçın birinci hissəsi çətin olub və Azərbaycan komandası çox aqressiv oynayıb. Qalib gəldiklərini və oyunçularla danışdığını qeyd edib. Akliuşun performansını qiymətləndirərkən, onun irəliləyiş etdiyini və gələcəkdə daha yaxşı olacağını bildirib. Ekitike və Mateta barədə danışarkən isə, matç ərzində fürsətləri yaxşı istifadə etdiklərini vurğulayıb.
Fransa millisinin baş məşqçisi həmçinin Azərbaycan və Bakı haqqında müsbət fikirlərini bölüşüb, millimizin əvvəlki illərlə müqayisədə irəliləyiş göstərdiyini və komandada keyfiyyətli oyunçuların olduğunu bildirib. Qolların sayılmaması ilə bağlı isə VAR qərarlarına hörmət etdiyini qeyd edib.
Deşam Azərbaycan xalqına qonaqpərvərliyinə görə təşəkkür edib və yeni ili təbrik edib.
© Copyright 2025, All Rights Reserved