Fransada sensasiya - PSJ uduzdu
Fransa Liqa 1-in 25-ci turunda “Monako” səfərdə lider PSJ üzərində 3:1 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, Parisdə yerləşən “Park de Prens” stadionunda keçirilən qarşılaşmada qonaq komanda daha effektiv oyun nümayiş etdirib. “Monako”nun qollarını 27-ci dəqiqədə Maqn Aklyuş, 55-ci dəqiqədə Aleksandr Qolovin və 73-cü dəqiqədə Folarin Baloqun vurublar.
Meydan sahiblərinin yeganə qoluna isə 71-ci dəqiqədə Bredli Barkola imza atıb.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Beləliklə, bu mövsüm liqada ikinci dəfə PSJ-ni məğlub edən “Monako” xalını 40-a yüksəldib. PSJ isə mövsümdə 4-cü məğlubiyyətini alaraq 57 xalla turnir cədvəlində qalmaqda davam edir.
© Copyright 2026, All Rights Reserved