Fransalı futbolçu təcavüzə görə həbs olunub

Fransa millisinin sabiq oyunçusu Vissam Ben Yedder həbs olunub.
90plus.az xəbər verir ki, cinsi təcavüzdə təqsirli bilinən fransalı 6,5 min avro təzminat ödəməlidir. Üstəkik, şərti olaraq 2 il yarım cəzaya məhkum olunub.
Ben-Yedder polisin əmrinə tabe olmadığı üçün 6 ay sürücülük hüququndan da məhrum edilib.
Qeyd: 34 yaşlı fransız futbolçu 2023-cü ilin avqustunda zorlamada ittiham olunub. O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Mənbə: Daily Mail
© Copyright 2025, All Rights Reserved