Fransız azarkeşlər Madrid polisinə qarşı! Oyunqabağı qırğın oldu

Madrid şəhərində “Real” və “Marsel” arasında keçiriləcək Çempionlar Liqası oyunu öncəsi gərginlik yaşanıb.
90plus.az xəbər verir ki, fransız klubunun azarkeşləri ilə yerli polis arasında insident baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə fanatlar və polis əməkdaşları arasında zorakı toqquşmalar əks olunub.
Polis “Marsel”in səfər azarkeşlərinin yaratdığı qarışıqlığa müdaxilə edib. Bernabeu yaxınlığında izdihamı dağıtmaq üçün dəyənəklərdən istifadə olunub.
Bir neçə nəfərin saxlanıldığı bildirilir, lakin rəqəmlər hələ rəsmi təsdiqini tapmayıb.
Hadisələr iki tarixi klub arasında baş tutacaq yüksək səviyyəli Avropa qarşılaşmasına hazırlıqlara kölgə salıb.
UEFA və yerli rəsmilər matç günü vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün prosesi yaxından izləyir.
© Copyright 2025, All Rights Reserved