Frenk Lempard London klubunun sükanı arxasına gətirilir
Frank Lempard mövsümün sonunda “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasneri əvəzləmək üçün əsas namizədlərdən biri hesab olunur.
90plus.az xəbər verir ki, klubun sahibi Stiv Periş əfsanəvi “Çelsi” futbolçusuna uzun müddətdir böyük rəğbət bəsləyir. Lempardın hazırda “Koventri”də gördüyü işlər onun nüfuzunu artırıb və bir neçə Premyer Liqa klubunun diqqətini cəlb edib.
Qlasnerin mövsümün sonunda ayrılacağı təqdirdə, Lempardın “Kristal Pelas”ın qısa siyahısında ön sıralarda yer alacağı gözlənilir. Lakin mütəxəssisin “Koventri”dən ayrılıb-ayrılmaması komandanı Premyer Liqaya yüksəldə bilməsindən asılı olacaq.
London klubu alternativ variantlar kimi “Xetafe”nin çalışdırıcısı Xose Bordalası və “Rayo Valyekano”nun baş məşqçisi İniqo Peresi də nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved