Frenk Lempardın klubu İngiltərədə 1-cidir

Lempardın “Koventri”si uçur! 9 oyundur məğlubiyyət tanımır.
90plus.az xəbər verir ki, Frenk Lempardın rəhbərlik etdiyi “Koventri Siti” İngiltərə Çempionşipində möhtəşəm formada çıxış edir.
Komanda artıq 9 oyundur məğlub olmur. Bu görüşlərdə “Koventri” rəqiblərinə 27 qol vurub, heç bir məğlubiyyət yaşamayıb.
Son 3 oyunda isə Lempardın kollektivi 12 qol vurub və qapısından top buraxmayıb.
Hazırda “Koventri” turnir cədvəlinin zirvəsində qərarlaşıb və +20 qol fərqi ilə mövsümün ən məhsuldar komandalarından biri sayılır.
Frenk Lempardın rəhbərliyi altında komandanın oyunu həm azarkeşlər, həm də ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved