Frenki De Yonq: "Daha çox kubok qazanacağımı düşünürdüm"
Frenki De Yonq "Barsa"dan ayrılmasına görə üzgündür.
90plus.az xəbər verir ki, Frenki de Yonq “Barselona”dakı karyerasından məyus olduğunu gizlətməyib.
”Etiraf etməliyəm ki, “Barça” ilə müqavilə imzalayanda 4 il ərzində cəmi 1 dəfə La Liqa, 1 dəfə İspaniya Kuboku və 1 dəfə İspaniya Super Kubokunun qalibi olacağımı təsəvvür etmirdim. Minimum 2 dəfə çox kuboklar qazanacağımı gözləyirdim. Buna görə də məyusam. Amma əvvəlcədən nəyin olacağını bilmək qeyri-mümkündür.
İnsanlar həmişəlik “Barselona”da qalmaq istədiyimi düşünürlər, çünki burada meydandan kənar həyat çox gözəldir. Lakin bu, meydanda baş verənlər qədər vacib deyil. Komandanın uğuruna töhfə verə bilməyəcəyimi və ya rəqabətədavamlı olmadığımı hiss etsə idim, artıq ayrılardım. Futbol oynamaq istəyirəm. Klubun nə dərəcədə qalmağımı istədiyinə baxacağam, sonra isə agentim və ailəmlə birgə qərar verəcəyəm".
Mənbə: Voetbal International
© Copyright 2026, All Rights Reserved