Frenki de Yonqdan La Liqanın ABŞ-da olacağına sərt etiraz gəldi

Frenki de Yonq “Barselona”nın Mayamidə oynayacağı matça qarşı çıxıb – Laporta cavab verdi.
90plus.az xəbər verir ki, “Barselona”nın kapitanı Frenki de Yonq dekabr ayında “Vilyarreal”lə keçiriləcək La Liqa oyunlarının Mayamidə təşkil olunmasına etiraz edib. Niderlandlı yarımmüdafiəçi bu qərarı futbolçular üçün ədalətsiz adlandırıb.
De Yonq bildirib:
“Mən belə etməzdim. Bu, futbolçular üçün yaxşı deyil. Çox səyahət etməli oluruq. Bu, rəqabət baxımından da ədalətli deyil. Bizim üçün bu, neytral meydanda keçiriləcək səfər oyunu deməkdir.”
Bu açıqlamadan bir neçə saat sonra “Barselona”nın prezidenti Joan Laporta məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, futbolçusuna hörmət etdiyini bildirsə də, qərarın dəyişməyəcəyini vurğulayıb:
“Oyun keçiriləcək. UEFA və La Liqa bu matçı təsdiqləyib, biz də harada desələr, orada oynayacağıq. Əgər Mayamidə deyirlərsə, Mayamidə oynayacağıq. Frenkini hörmətlə qarşılayıram, amma klub La Liqanın göstərişinə əməl edəcək.
Bu qərarı dəstəkləməyimizin səbəbi odur ki, ABŞ bizim üçün vacib bazardır. Yay turnemiz zamanı bir çox kommersiya razılaşmaları əldə etmişik və bu oyun həmin əlaqələri gücləndirməyə kömək edəcək. Həmçinin biz artıq Nyu-Yorkdakı ofisimizi Mayamiyə köçürmüşük ki, “Barselona” brendini orada daha da inkişaf etdirək.”
© Copyright 2025, All Rights Reserved