Futbolçumuz Cənubi Afrika klubunda!

Azərbaycanlı futbolçu Cənubi Afrikaya yollandı.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Turan Manafov karyerasını Cənubi Afrikada davam etdirəcək. 27 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi “Stellenboş”la 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb. O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Manafov klubun rəsmi saytına açıqlamasında ilk təəssüratlarını bölüşüb:
“Stellenboş”a qoşulduğuma görə çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri diqqətimi çəkdi. Rəqabətin yüksək olduğu bir mühitdə oynayacağım üçün həyəcanlıyam. Gördüyüm qədərilə, Cənubi Afrikada oyun tempi Azərbaycandakından daha sürətlidir. Amma hər iki ölkənin güclü liqası var. Özümü sınamağı və bu qitənin ulduz futbolçuları ilə eyni arenada mübarizə aparmağı səbirsizliklə gözləyirəm”.
Qeyd: Turan Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu “Kəpəz” olub.
© Copyright 2025, All Rights Reserved