Futbolçunu bıçaqlayan şəxs saxlanıldı
Ötən gün Gəncə şəhərində “Kəpəz” futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
90plus.az xəbər verir ki, hadisə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) əsasında araşdırılır.
Bildirilir ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Artıq bıçaqlama hadisəsində şübhəli bilinən şəxs saxlanılıb. Polis tərəfindən keçirilmiş tədbirlər nəticəsində 25 yaşlı Nihad Məhərrəmov saxlanaraq istintaqa təqdim edilib.
Qeyd: Rzayev xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
© Copyright 2026, All Rights Reserved