Futbolçunun üzü virusdan iflic oldu!
"Monterrey” klubunun cinah hücumçusu Lukas Okampos 2026-cı il Meksika çempionatının başlamasına bir neçə gün qalmış üzün sol tərəfində iflic (ehtimal ki, virus mənşəli) diaqnozu qoyuldu.
90plus.az xəbər verir ki, ciddi səhhət problemi səbəbilə ən azı iki həftə meydanlardan kənar qalacaq argentinalı futbolçu komandanın əsas hücum fiqurlarından biridir.
Okampos yanvarın 11-də “Toluka”ya qarşı mövsümün açılış oyununu buraxacaq və müalicə çərçivəsində tam yataq rejimində qalmalıdır.
“Monterrey” klubu rəsmi açıqlamasında bildirib:
“Futbolçu Lukas Okamposda üzünün sol tərəfində, ehtimal ki, virus mənşəli üz iflici aşkarlanıb. O, müvafiq müalicə planını müəyyənləşdirmək üçün mütəxəssis tərəfindən müayinə olunub.”
Klub əlavə edib ki, Okampos 7 gün istirahət edəcək, bundan sonra onun vəziyyəti yenidən qiymətləndiriləcək və mövsümöncəsi hazırlıq prosesində qrup məşqlərinə nə vaxt qayıda biləcəyi müəyyənləşdiriləcək.
Bu hadisə 31 yaşlı futbolçunun 2024-cü ildə “Sevilya”dan “Monterrey”ə keçidindən sonra yaşadığı çətin dövrün davamıdır. Okampos bu müddətdə bir sıra qeyri-adi zədələrlə üzləşib. Xüsusilə bir neçə ay əvvəl qızlarından birinə atçılıq dərsi zamanı kömək edərkən baş verən bədbəxt hadisə nəticəsində biləyini sındırmış və üz nahiyəsindən xəsarət almışdı – yamacda skeytborddan yıxılmışdı.
Bütün bu çətinliklərə baxmayaraq, Okampos “Instagram” hesabında nikbin mesaj paylaşıb:
“Yanvar daha yaxşı olacaq.”
Bu paylaşım “Rayados Monterrey” azarkeşlərinə ümid verib.
© Copyright 2026, All Rights Reserved