Futbolda bir müzakirə bitdi - Karlos ən yaxşının adını açıqladı
Roberto Karlos: “Marselo ‘Real Madrid’ tarixinin ən yaxşı sol cinah müdafiəçisidir”
90plus.az xəbər verir ki, futbol tarixinin ən böyük sol müdafiəçilərindən biri sayılan Roberto Karlos keçmiş həmkarı Marselonun özündən daha üstün olduğunu düşünür.
Karlos "Obi One" podkastında belə deyib:
“Marselo ‘Real Madrid’ tarixinin ən yaxşı sol cinah müdafiəçisidir. O, hər şeyi bacarırdı. Topla nə edə biləcəyini görmək heyrətamiz idi.
Hücum edə bilirdi, qol vura bilirdi, driblinq bacarığı inanılmaz idi. Mən onu "Real Madrid"ə gətirdim və onun Çempionlar Liqası və Klub Dünya Kubokunu qazandığını izlədim. O, möhtəşəm idi.”
© Copyright 2025, All Rights Reserved