Futbolda cərimə zərbələri köklü dəyişəcək
Futbolda cərimə zərbələrinə radikal dəyişiklik gəlir.
90plus.az xəbər verir ki, FIFA və beynəlxalq hakimlər komitəsinin nəzərdən keçirdiyi yeni qaydaya görə, cərimə zərbələri “tək atış” formasında tətbiq olunacaq.
Hakimlərdən məsul olan Pierluici Kollina bu radikal dəyişikliklə penalti qaydasını tamamilə yenidən formalaşdırmaq niyyətindədir. Yeni qaydaya əsasən, əgər penalti vurulan zaman topu qapıçı tutarsa və ya oyunçu dəqiq hədəfə çata bilməzsə, oyun dərhal qol zərbəsi ilə davam edəcək.
Məqsəd matçın ritmini qorumaq, penaltilərin dramatikliyini artırmaq və əlavə təkrarlardan yaranan vaxt itkisini aradan qaldırmaqdır. Yeni qaydanın sınaqları yaxın gələcəkdə beynəlxalq oyunlarda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved