Futzal millimiz Türkiyəyə rəqib oldu - NƏTİCƏ

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
90plus.az xəbər verir ki, Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə qarşılaşıb.
Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutan matç rəqib komandanın qələbəsi ilə yekunlaşıb – 3:1.
Qeyd: Baş məşqçi İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv daha öncə Bosniya və Herseqovinaya 2:10 hesabı ilə məğlub olub, Xorvatiya ilə isə 3:3 hesablı heç-heçə edib.
© Copyright 2025, All Rights Reserved