"Gəncə" klubu növbəti turda
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yüksələn növbəti komanda müəyyənləşib.
90plus.az xəbər verir ki, pley-in mərhələsinin ikinci oyunları çərçivəsində "Lənkəran" doğma meydanda "Gəncə"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaq komandanın 101:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ilk oyunda da "Gəncə" üstün olmuşdu – 91:55. Bu nəticələrdən sonra Gəncə təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb.
Xatırlatma: Daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
© Copyright 2026, All Rights Reserved