Gəncə stadionu üçün 15 milyon manat ayrılıb

Gəncə şəhər stadionun tikintisi üçün 15 milyon 84 min 799 manat ayrılıb.
90plus.az xəbər verir ki, Gəncədə yeni stadionun tikintisi üçün bu qədər vəsait ayrılıb. Stadionun köhnənin yerində tikilməsi istisna edilir. Tikinti üçün açılan tenderi "İnşaatçı 3 MMC" tərəfindən udduğu qeyd edilir.
Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.
Mənbə: Trend.az
© Copyright 2025, All Rights Reserved