Güləş millimizin baş məşqçisi yola salındı
Yunan-Roma güləşi üzrə Azərbaycan millisində məşqçi dəyişikliyi baş tutub. Komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
90plus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası rusiyalı mütəxəssisə ölkə güləşinin inkişafına verdiyi xidmətlərə görə minnətdarlığını ifadə edib və onun gələcək karyerasında uğurlar arzulayıb.
Xatırlatma: Aleksandr Tarakanov 2019-cu ilin oktyabrından etibarən Yunan-Roma güləşi üzrə milli komandanı çalışdırırdı. Onun rəhbərliyi dövründə yığma komanda 2 dəfə Avropa, 2 dəfə isə dünya çempionu olub. Bundan əlavə, millimiz Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved