Gunduzi “Fənərbağça”ya keçir.
Matteo Gunduzi “Fənərbağça”ya keçir.
90plus.az xəbər verir ki, “Fənərbağça” heyətini ulduz yarımmüdafiəçi ilə gücləndirib. İstanbul təmsilçisi Matteo Gunduzi transferi üçün “Latsio” ilə bütün məsələlərdə razılığa gəlib.
İtaliya mətbuatının və tanınmış jurnalist Canluka Di Martsionun məlumatına görə, “sarı-göylər” fransız futbolçunun transferi üçün “Latsio”ya bonuslar daxil olmaqla ümumilikdə 30 milyon avro (26+2 milyon avro) ödəyəcək. Razılaşmaya əsasən, Matteo Gunduzi 11 yanvar tarixində “Latsio”nun “Verona” ilə keçirəcəyi oyundan sonra İstanbula yollanacaq.
“Fənərbağça” rəhbərliyi bir müddətdir davam edən danışıqları müsbət nəticə ilə başa çatdıraraq axtardığı mərkəz yarımmüdafiəçisini tapmış olub.
Matteo Gunduzi kimdir?
14 aprel 1999-cu ildə Fransanın Poissi şəhərində anadan olan Matteo Gunduzi futbola PSJ akademiyasında başlayıb. Daha sonra “Loryan”, “Arsenal”, “Herta Berlin” və “Marsel” formalarını geyinən yarımmüdafiəçi 2024-cü ildə “Latsio”ya transfer olunub.
Gunduzi 2022-ci ildə “Arsenal”dan “Marsel”ə 11 milyon avro, 2024-cü ildə isə “Marsel”dən “Latsio”ya 13 milyon avro qarşılığında keçib.
Fransız futbolçu 2024/25 mövsümündə “Latsio”nun heyətində bütün turnirlər üzrə 16 rəsmi matça çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, Fransa millisinin formasını indiyədək 14 dəfə geyinib.
© Copyright 2026, All Rights Reserved