Günün oyunları: 16 fevral 2026
Günün oyunları: Azərbaycan Premyer Liqasında iki və La Liqada 1 maraqlı qarşılaşma var.
90plus.az xəbər verir ki,bu gün Misli Premyer Liqasında 20-ci turun iki oyunu olacaq:
Misli Premyer Liqası, 20-ci tur:
Saat 14:30-da "Şamaxı" doğma meydanda "Turan" ilə üz-üzə gələcək. Qarşılaşma CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Günün ikinci oyunu isə saat 17:00-da baş tutacaq. "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bu görüş də CBC Sport-da canlı göstəriləcək.
İspaniya La Liqası:
Gecənin mərkəzi oyunu isə İspaniyada keçiriləcək. Saat 00:00-da "Jirona" ilə "Barselona" qarşılaşacaq.
Matç aşağıdakı kanallar vasitəsilə yayımlanacaq:
İdman TV, Setanta Sports 2, Match TV, Okko Sport, Sportbox.ru, Match! Football 2, matchtv.ru, S Sport və S Sport+ Turkey.
© Copyright 2026, All Rights Reserved