Günün oyunları: “Azərbaycan - Syerra Leone”
Günün oyunları... Dünya futbolunda milli fasilə davam edir. Bu gün diqqətlər əsasən Azərbaycan millisinin üzərində olacaq.
90plus.az xəbər verir ki, əsas yığmamız FIFA Series – 2026 beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığması ilə üz-üzə gələcək. Bu görüş Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Hazırda Azərbaycan millisi FIFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu pillədə qərarlaşıb.
Xatırlatma: Millimiz martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.
Günün əsas oyunları
U-17 Avropa çempionatı, seçmə mərhələ:
Saat 14:00 Azərbaycan – Malta
FIFA Series – 2026:
Saat 19:00 Azərbaycan – Sierra Leone
Yayım: CBC Sport
Beynəlxalq yoldaşlıq görüşü:
Saat 22:45 Almaniya – Qana
TV: CBC Sport, Okko Sport, Exxen Turkey
Beləliklə, günün əsas oyunu Azərbaycan millisinin Syerra Leone ilə matçı olacaq.
© Copyright 2026, All Rights Reserved