Günün oyunları: Bu gün əsas millinin matçı var

Bu gün Azərbaycan futbol millisi yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, bu əsas yığmamızın 2025-ci ildə ilk oyunudur.
Fernandu Santuşun kollektivi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqibini qəbul edəcək:
Saat 21:45 Azərbaycan - Haiti
(Beynəlxalq Yoldaşlıq oyunu)
TV: CBC Sport
FİFA reytinqi:
Haiti: 86
Azərbaycan: 117.
Həmçinin oxu: https://www.90plus.az/haitililr-tariximizd-72-ci-oldular/xeber/
Bu gün 17 yaşadək oyunçulardan ibarət milli komandamız isə Avropa çempionatının 2-ci seçmə mərhələ oyununa çıxır
B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin kollektivi Albaniyanın Elbasan şəhərində Uelslə qarılaşacaq:
Saat 15:00 Uels - Azərbaycan
(U-17 Avropa Çempionatı, seçmə oyun)
Qeyd: Hazırda Azərbaycan millisinin xalı yoxdur və sonuncu yerdə gedir.
© Copyright 2025, All Rights Reserved