Günün oyunları: “Liverpul - Qarabağ”
“Qarabağ” bu gecə “Enfild”də taleyüklü oyuna çıxır.
Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VIII turun, yəni son turun oyunları keçiriləcək.
90plus.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərənin nəhəng klubu “Liverpul”la qarşılaşacaq. “Enfild” stadionunda baş tutacaq görüş gecəyarısı saat 00:00-da start götürəcək. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda “Qarabağ” turnir cədvəlində 10 xalla 18-ci pillədə qərarlaşıb. “Liverpul” isə 15 xalla 4-cü yerdədir. Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. İngiltərə təmsilçisi qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edəcək. “Qarabağ” üçün isə pley-off mərhələsinə yüksəlmək baxımından 1 xal belə kifayət edir.
Bununla belə, Ağdam klubunun nəzəri baxımdan pley-off şansları məğlubiyyət halında da qalacaq. Lakin bu, digər bir neçə oyunun nəticəsindən asılı olacaq.
Qeyd: VIII turun bütün 18 matçı eyni gün və eyni saatda başlanacaq.
ℹ️ Çempionlar Liqasının reqlamentinə əsasən, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır. 9–24-cü yerləri tutan klublar pley-off mərhələsində (şərti olaraq 1/16 final) mübarizə aparacaq. 25–36-cı pillələrdə qərarlaşan komandalar isə avrokuboklarla vidalaşacaq.
Çempionlar Liqası, Liqa mərhələsi – VIII tur (son tur)
Saat 00:00 “Liverpul - Qarabağ”
(İngiltərə - Azərbaycan)
TV: İctimai TV; Okko Sport; tabii Turkey
Saat 00:00 “Mançester Siti - Qalatasaray"
(İngiltərə - Türkiyə)
TV: CBC Sport; TRT 1; Digiturk Play Turkey; Okko Sport; tabii Turkey
Saat 00:00 “Napoli - Çelsi”
(İtaliya - İngiltərə)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Arsenal - Kayrat”
(İngiltərə - Qazaxıstan)
TV: Digiturk Play Turkey; Okko Sport; tabii Turkey
Saat 00:00 “Benfika - Real Madrid"
(Portuqaliya - İspaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Barselona - Kopenhagen"
(İspaniya - Danimarka)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 PSV - “Bayern Münhen"
(Niderland - Almaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 PSJ - “Nyukasl”
(Fransa - İngiltərə)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Borussiya Dortmund - İnter"
(Almaniya - İtaliya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Monako - Yuventus”
(Fransa - İtaliya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Ayntraxt - Tottenhem”
(Almaniya - İngiltərə)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Atletiko Madrid - Budyo Qlimt"
(İspaniya - Norveç)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Bayer 04 - Vilyareal”
(Almaniya - İspaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Brügge - Marsel”
(Belçika - Fransa)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Yunion St Jillua - Atalanta"
(Belçika - İtaliya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Ayaks - Olimpiakos”
(Niderland - Yunanıstan)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Atletik - Sportinq”
(İspaniya - Portuqaliya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 “Pafos - Slaviya Praqa”
(Kipr - Çexiya)
TV: Okko Sport; tabii Turkey