Günün oyunları + Püşkatma var
Bu gün futbol azarkeşlərini iki maraqlı qarşılaşma və UEFA Millətlər Liqasının püşkatması gözləyir.
90plus.az xəbər verir ki, bu gün saat 21:00-da Belçikada - Brüsseldə UEFA Millətlər Liqasının yeni mövsümünün püşkü atılacaq. Azərbaycan yığması D Liqasında mübarizə aparır. Mərasim CBC Sportla canlı yayımlanacaq.
Günün oyunları:
İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyununda “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi azarkeşləri önündə üstünlük qazanmağa çalışacaq, kataloniyalılar isə cavab oyunu öncəsi sərfəli nəticə əldə etməyi hədəfləyir. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matç Match TV, Sportbox.ru, matchtv.ru və S Sport+ Turkey kanalları vasitəsilə yayımlanacaq.
Gecənin digər maraqlı oyunu İngiltərədə baş tutacaq. “Brentford” öz meydanında “Arsenal”la üz-üzə gələcək. Çempionluq uğrunda mübarizə aparan londonlular səfərdə xal itirməməyə çalışacaq. Qarşılaşma saat 00:00-da start götürəcək. Oyun İdman TV, Setanta Sports 1, Digiturk Play Turkey, beIN Sports 3, beIN CONNECT Turkey və TOD Turkey vasitəsilə canlı yayımlanacaq.
© Copyright 2026, All Rights Reserved